Almaniyada regional futbol liqasında ötən gün oynanılan “Karl Zeiss Yena” – “Chemie Leipzig” (5:0) qarşılaşmasından sonra baş verən kütləvi davada 79 nəfər xəsarət alıb.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, hələ oyundan əvvəl 350-dək azarkeş şəhərdə icazəsiz aksiya keçirib. Lakin polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək bu aksiyanın qarşısını alıb.
Ümumilikdə 7 mindən çox azarkeşin izlədiyi matçda final fitindən sonra tərəfdarlar arasında qarşıdurma baş verib. Polis kütləvi davanın qarşısını almaq üçün yenidən gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub. Şiddətli qarşıdurma nəticəsində stadiona xeyli ziyan dəyib. Xəsarət alan 79 nəfərin 10-u polis əməkdaşı, 64-ü isə azarkeşdir.
Qarşıdurma ilə əlaqədar Yena Əyalət Polis İdarəsində araşdırma aparılır, ümumilikdə 40 protokol tərtib edilib.