AZ

Merih “Fənərbaxça”nın gündəmində deyil

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Merih Demiralın “Fənərbaxça”ya keçidi ilə bağlı yeni məlumatlar yayılıb.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, transferin qarşısında iki əsas maneə dayandığı məlum olub.

Məlumata görə, səbəblərdən birinin 26 yaşlı müdafiəçinin solaxay olmaması, digərinin isə maaşının illik 10 milyon avro olmasıdır.

Bundan başqa, İstanbul nəhəngi müdafiəçi axtarışına davam etsə də, Merih Dəmiralın gündəmlərində olmadığı bildirilib. Klub topu sol ayaqla idarə edən müdafiəçi axtarışlarındadır.

Qeyd edək ki, müdafiəçinin Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Seçilən
15
1
qafqazinfo.az

2Mənbələr