AZ

Avropa İttifaqı Şurasının yeni Prezidenti və Ali Nümayəndəsi Kiyevə səfər edib

Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Kosta və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bu gün Kiyevə səfər ediblər.

Bu barədə “Alman dalğası” məlumat yayıb.

Antonio Kosta və Kaja Kallas vəzifələrinin icrasına başladıqları ilk gün Ukraynaya səfər ediblər.

Simvolik səfər Antonio Kosta və Kaja Kallasən vəzifəyə başlamasından bir neçə saat sonra başlayıb.

Səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna hökumətinin, parlamentinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

"Cebheinfo.az"

Seçilən
37
4
cebheinfo.az

6Mənbələr