AZ

Avropa İttifaqı rəsmisi Gürcüstandaki nümayişçilərə dəstək verib

 

Avropa İttifaqının (Aİ) yeni Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarını tənqid edən nümayişçilərə dəstək verib. O, sosial media platforması “X”də Gürcüstanda Aİ-yə üzvlük danışıqlarının dayandırılması qərarına qarşı keçirilən etirazlarla bağlı paylaşım edib. Aİ-nin Gürcüstan xalqı ilə həmrəy olduğunu vurğulayan Kallas, belə deyib: "Gürcüstan xalqının və onların Avropa gələcəyi üçün etdikləri seçimin yanındayıq. Etirazçılara qarşı zorakılığı pisləyir və hakim partiyanın Gürcüstanın Aİ yolunda irəliləməməsi, ölkənin demokratik baxımdan geriləməsi ilə bağlı verdiyi qərarlardan məyusluq hissi keçiririk." 

Kaja Kallas Gürcüstan hökumətinin bu addımının Aİ üçün birbaşa nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. 

Baş nazir Kobaxidze isə 28 noyabrda verdiyi açıqlamada bəzi Avropa siyasətçilərinin Gürcüstanın daxili işlərinə qarışdığını və Aİ-nin maliyyəsi ilə təzyiq göstərdiyini bildirib. O, "Bütün bunları nəzərə alaraq Aİ ilə danışıqların başlanması məsələsini 2028-ci ilin sonuna qədər gündəmə gətirməmək qərarı verdik" ifadələrini işlədib.   



Seçilən
24
49
trt.net.tr

10Mənbələr