AZ

İdmançımız Türkiyədə qızıl medal qazandı - FOTOLAR

25-30 noyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda iştirak edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından "Unikal"a verilən məlumata görə, idmançımız qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala sahib olub.

Bununla yanaşı yarışda ölkəmizi yeniyetmə idmançılarımız Səbinə Əliyeva və Leyli Axundova təmsil edib. Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşmışdır.

Seçilən
65
24
unikal.az

10Mənbələr