AZ

Putin bu ölkəyə səfər edəcək

Prezident Vladimir Putin Rusiya və Belarus İttifaqının 2024-cü ildəki işinə yekun vurmaq üçün gələn həftə Minskə səfər etməyi planlaşdırır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Putin "Rossiya-1" telekanalında yayımlanan proqramda deyib.

Dövlət başçısı həmçinin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasını keçirəcək.

Bundan əlavə, gələn həftə prezidentin gənc alimlərlə görüşü, Könüllülər Günündə (5 dekabr) könüllülərlə görüşü və VTB Russia Calling forumunun plenar iclasında iştirakı planlaşdırılır . Dekabrın 3-də, Beynəlxalq Əlillər Günündə (3 dekabr) Rusiya lideri əlil olmuş xüsusi hərbi əməliyyat veteranlarının dəstəklənməsi mövzusunu davam etdirəcək.


Müəllif: Arzu
Seçilən
20
3
teleqraf.com

3Mənbələr