AZ

Xarici agent elan olunan jurnalist Özbəkistanda saxlanıldı

Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı jurnalist Aleksey Pivovarovu (Rusiya Federasiyasında xarici media agenti kimi tanınır) və onun çəkiliş qrupunun üzvlərini saxlayıblar.

Hazırda saxlanılan şəxslər Nukus polis şöbəsindədir. Qəzet yazır ki, polis jurnalistlərin smartfonlarının içindəkiləri yoxlamaqda israrlıdır və həbsin səbəblərini açıqlamaqdan imtina edir. Qeyd olunur ki, Pivovarov ayrıca kabinetdə saxlanılır.

Noyabrın 28-də jurnalist yaxın vaxtlarda özünün YouTube kanalında Özbəkistandan reportajın yayımlanacağını açıqlayıb.

İyunun sonunda Moskvanın Taqanski Məhkəməsi Pivovarovu xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilib və onu 30 min rubl cərimələyib.


Mənbə: unikal.az

Seçilən
21
unikal.az

1Mənbələr