...Avropa İttifaqı dekabrda Ukraynaya 4,2 milyard avro büdcə yardımı köçürməyi və 2025-ci ilin yanvarından Kiyevi iqtisadi transformasiyalar müqabilində ayda 1,5 milyard avro səviyyəsində maliyyələşdirməyi vəd edir.
Avropa İttifaqı Şurasının yeni rəhbəri Antonio Kosta Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, “Avropa İttifaqı dekabrda Ukraynanın büdcəsinə 4,2 milyard avro dəstək verəcək”.
Onun sözlərinə görə, yanvar ayından etibarən Brüssel Rusiya aktivlərindən müsadirə edilmiş gəlirdən maliyyələşən G7 kredit proqramı çərçivəsində “il ərzində Ukraynaya aylıq 1,5 milyard avro vermək” niyyətindədir.
Koşta həmçinin “Ukraynanı Avropa İttifaqınasalamlayacağına” söz verib, lakin bunun nə vaxt baş verəcəyini açıqlamayıb və əlavə edib ki, “qoşulma transformasiyanın nəticələrinə əsaslanan bir prosesdir”. Jurnalistlərin heç olmasa vaxtın təxmini göstəricisini əldə etmək cəhdləri nəticəsiz qaldı.
Əli Babayev