“Xarici dövlətlər gürcü diplomatlarına təzyiqlər edirlər. Bu qəbuledilməzdir.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqi və təxribat çağırışını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir”, - bəyanatda deyilir.
Qeyd edək ki, şənbə günü ( 30 Noyabr – Qeyd) Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər. Sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları yer alıb.