AZ

Tramp BRİCS ölkələrini hədələdi- dollara alternativ valyuta yaratsaz...

Image

Yeni ABŞ prezidenti Donald Tramp BRİCS ölkələrini dolları əvəz edəcək alternativ valyuta yaratmaq planlarından imtina etməyə çağırıb. Tramp əks halda bu ölkələrin ABŞ-la ticarət imkanlarının məhdudlaşdırılacağını və 100 faiz gömrük rüsumu ilə üzləşəcəklərini bildirib. 

"BRİCS ölkələrinin dollar yerinə başqa valyuta yaratmaq səylərinə son qoyuruq. Bu ölkələrdən güclü Amerika dolları yerinə başqa valyutanı dəstəkləməyəcəkləri ilə bağlı öhdəlik gözləyirik. Əks halda 100 gömrük rüsumu ilə üzləşəcəklər və Amerika iqtisadiyyatı ilə ticarət arzularına əlvida deməlidirlər" - deyə Tramp bildirib.

BRİKS hazırda Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və İrandan ibarətdir. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, BRİCS dollarla rəqabət aparmır və dollardan istifadədən imtina etməyi qarşısına məqsəd qoymur. Putin həmçinin BRİCS ölkələrinin ortaq valyuta yaratmaq ideyasının hələ yetişmədiyini və hazırda belə bir hədəfin olmadığını bildirib. Bununla belə, mətbuatda tez-tez “qızılla əlaqəli BRİCS valyutası yaratmaq planları” barədə məlumatlar yer alır.

TAHİR





Seçilən
41
baki-xeber.com

1Mənbələr