AZ

Roma Papası Livanda atəşkəsi alqışladı

"Livanda atəşkəsin əldə olunmasını alqışlayıram və respublikanın yeni prezidentinin vaxtından əvvəl seçiləcəyinə ümid edirəm".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.

"Mən Livanda atəşkəsə sevinirəm və ümid edirəm ki, bu razılaşma bütün tərəflər tərəfindən hörmətlə qarşılanacaq"- Fransisk deyib.

O, həmçinin vurğulayıb ki, sülh üçün bu yeni şans digər bölgələrdə, xüsusən də Qəzza zolağında zorakılığa son qoymağa kömək edə bilər.

Bundan əlavə, Papa Suriyaya dəstəyini ifadə edərək, yerli kilsə üçün dua sözü verib. O qeyd edib ki, Suriyada müharibə yenidən alovlanıb, çoxlu sayda insan həlak olub.


Müəllif: Arzu
Seçilən
13
teleqraf.com

1Mənbələr