AZ

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibiAntoni Blinken arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bubarədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, iki ölkənin dövlət rəsmiləri arasında danışıqzamanı Ukrayna və Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikirmübadiləsi aparılıb.

Telefon görüşməsində əsasən Suriyadakı son vəziyyət müzakirəedilib.

Nazir Fidan, ölkəsinin bölgədə qeyri-sabitliyi artıracaq hər cürhadisəyə qarşı olduğunu, bu çərçivədə Suriyadakı gərginliyinazaldılmasını dəstəklədiyini bildirib.

Suriyadakı sülh və əmin-amanlığın bərqərar olması üçünhakimiyyətlə müxalifət arasındakı siyasi prosesin nəticələnməsininvacibliyini qeyd edən Fidan, mülki şəxslərə qarşı hər hansı terrorfəaliyyətinə heç vaxt imkan verməyəcəklərini vurğulayıb.

Nazir həmçinin, Livan və İsrail arasında qüvvəyə minən atəşkəsrejiminin davamlılığının, Qəzza zolağında atəşkəsin dərhal bərpaolunmasının və humanitar yardımların bölgəyə çatdırılmasınınzəruriliyini vurğulayıb.

Məqalədə:
Seçilən
7
6
az.trend.az

7Mənbələr