Gürcüstan müxalifətinin tərəfdarları yenidən ölkə parlamentinin binası yaxınlığında etiraz aksiyasına toplaşıblar.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Radikal etirazçılar binanın metal hasarına hücum edərək, üzərinə fişənglər atmağa başlayıblar.
İzdihamda Gürcüstan, Avropa İttifaqı və Almaniya bayraqları görünür.