1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Xarici dövlətlər ölkədən kənarda işləyən gürcü diplomatlarına təzyiq göstərirlər. Bu, qəbuledilməz haldır".
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
"Gürcüstan XİN ölkənin diplomatik xidmətinə göstərilən təzyiqi və təxribata çağırışları pisləyir. Suveren dövlətin qurumlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir", - bəyanatda qeyd olunub.
Bildirilir ki, Gürcüstan hakimiyyəti Aİ ilə Assosiasiya Sazişi və Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə öhdəliklərini həmişə yerinə yetirib.
"Müvafiq olaraq, Gürcüstan hökuməti ölkəyə gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı sürətli danışıqlara daha yaxşı hazırlaşmaq imkanı verən Assosiasiya Sazişi əsasında Aİ-yə inteqrasiya prosesini qətiyyətlə davam etdirəcək", - nazirlik vurğulayıb.