"Formula-1" üzrə dünya çempionatında Qətər Qran-prisi keçirilib.
İdman.biz xəbər verir ki, Lusial avtodromunda baş tutan yarışda Maks Ferstappen 1-ci olub.
Ötən Qran-pridə 4-cü çempionluğunu rəsmiləşdirən niderlandlı mütəxəssis 57 dövrəlik mübarizədə qalib gəlib. "Red Bull" sürücüsü Şarl Lekler ("Ferrari") və Oskar Piastrini ("Maklaren) qabaqlayıb.
Formula 1. Qətər Qran-prisi:
1. Maks Ferstappen ("Red Bull") - 57 dövrə.
2. Şarl Lekler ("Ferrari") +6,031
3. Oskar Piastri ("Maklaren") +6,819
4. Corc Rassell ("Mersedes") +9.104
5. Pyer Qasli ("Alpin") +16,782
6. Karlos Sayns ("Ferrari") +17,476
7. Fernando Alonso ("Aston Martin") +19,867
8. Quanyu Çjou (“Kik-Sauber”) +25.360
9. Kevin Maqnussen ("Haas") +32,177
10. Lando Norris ("Maklaren") +35,762
İdman.biz