1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 13-cü turun "Liverpul" və "Mançester Siti" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Liverpuldakı "Enfild" stadionunda baş tutub. Ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
12-ci dəqiqədə "Liverpul"un hücumçusu Kodi Qakpo Məhəmməd Salahın ötürməsini tamamlayıb. 78-ci dəqiqədə Salah penaltini dəqiq yerinə yetirib.
"Liverpul" hazırda turnir cədvəlində birinci yerdədir. Hollandiyalı məşqçi Arne Slotun komandası 13 görüşdə 34 xal toplayıb. Öz növbəsində Xosep Qvardiolanın komandası 13 görüşdə 23 xal toplayıb və beşinci pillədə qərarlaşıb.