AZ

Anelka: “Mbappeyə baxanda özümü 25 il əvvəl görürəm”

Madrid “Real”ının sabiq futbolçusu Nikolas Anelka Kilian Mbappe haqqında danışıb.

Futbolpress.az xəbər verir ki, Anleka fransız futbolçunun “Los Blankos” düşərgəsindəki problemlərindən söz açıb. Təcrübəli futbol adamı Mbappenin səbirli olmalı olduğunu bildirib:

“Mbappe ciddi təzyiqlə üzləşib. Düşünürəm ki, o, psixoloji cəhətdən yaxşı deyil. O, işləməyə davam etməli və səbirli olmalıdır. Mbappeyə baxanda özümü 25 il əvvəl görürəm. Mənim də eyni çətinliklərim olub, cəmi 20 yaşım var idi. Səbirli olmalıyıq. Məni görmək istəmədikləri paltardəyişmə otağına gəldim. Mövsüm ərzində çox şey oldu. Getmək qərarına gəldim. Kilian fərqli bir xarakterə malikdir. O, gözləməyə razı ola bilər”.

Seçilən
25
futbolpress.az

1Mənbələr