AZ

ABŞ-da kriptovalyuta şirkətinə qarşı 115 milyon dollarlıq iddia

"SEC", "Touzi Capital" və onun baş direktoru Enq Tayinq (Eng Taing) əleyhinə ölkə üzrə 1 500-dən çox investoru aldatmaqda ittiham edərək məhkəmə işi açıb. 

Valyuta.Az-ın verdiyi məlumata əsasən iddiada bildirilir ki, şirkət kriptovalyuta mədənçiliyi və borc restrukturizasiyası işləri ilə bağlı qeyri-qanuni qiymətli kağız təklifləri həyata keçirib.  

Komissiyanın şikayətinə əsasən, Tayinq və "Touzi Capital" 2021-ci ildən 2023-cü ilin əvvəlinə qədər kriptovalyuta mədənçiliyi layihələri üçün 95 milyon dollar, borc islahatı təşəbbüsləri üçün isə 23 milyon dollar cəlb edib. Bu investisiyalar "sabit və proqnozlaşdırıla bilən" gəlirli təkliflər kimi təqdim edilib və Tayinq tərəfindən yüksək gəlirli əmanət hesablarına bənzədilib.  

Lakin "SEC" iddia edir ki, bu investisiyalar əslində təhlükəsiz deyildi. Onlar riskli üçüncü tərəf əməliyyatlarına əsaslanan "son dərəcə spekulyativ və likvid olmayan" layihələr kimi təsvir olunub.  

Məhkəmə işi "SEC"in bazar iştirakçılarını qorumaq və kriptovalyuta bazarındakı qeyri-qanuni fəaliyyətlərlə mübarizə məqsədilə göstərdiyi səylərin bir hissəsi kimi qiymətləndirilir.  

Rəhim

Seçilən
55
valyuta.az

1Mənbələr