AZ

Putin imperiyanı bərpa edəcək - Bolton

Trampın prezidentliyi Qərb və Ukrayna üçün yaxşı heç nə vəd etmir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

O deyib ki, Trampın andiçməsindən sonra Kiyevə yardım azalacaq, Rusiya ilə danışıqlar sürətləcənək. Bolton həmçinin Avropanın da Ukraynaya yardımının azalacağını söyləyib, çünki Aİ-nin özü Rusiya ilə kommersiya əlaqələrini yeniləməyə çalışır.

“Bayden Ukraynaya üç illik yardım proqramının reallaşdırmasını gecikdirərək ABŞ-ın maraqlarını təhdid altında qoyub. Tramp dövründə əldə olunacaq sülh razılığı isə müvəqqəti olacaq”, – Bolton qeyd edib.

O, Putinin imperiyası tam bərpa olana qədər dayanmayacağını söyləyib.

Seçilən
21
1
axar.az

2Mənbələr