Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın keçmiş kansleri Angela Merkelin Vladimir Putinin Hayligendammda keçirilən G8 sammitinə pivəyə görə gecikməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
“Zirvə görüşlərində həmişə kənar danışıqlar gedir. Liderlər əsas məsələləri həmkarları ilə və ya hazırda ehtiyacı olanlarla müzakirə edirlər. Stressli bir işdir və bəzən bəzi görüşlərin vaxtı dəyişdirilə bilər.
Amma bunu güc nümayişi kimi şərh etmək yersiz və axmaqlıqdır”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Merkelin 2007-ci ildə Rusiya prezidentinin "pivə içdiyi" üçün G8 sammitinə gecikdiyini deyib.
TAHİR