Tiflis meri Kaxa Kaladze bildirib ki, aksiyalarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxladıqları Rusiya vətəndaşlarının kim olduğu, hansı məqsədlə və nə vaxtdan Gürcüstanda olduqları aydınlaşdırılmalıdır.
“Bir-iki nəfər olsaydı, kimsə deyə bilər ki, yəqin ki, yoldan keçən turistlərdir. Dəqiq rəqəmi bilmirəm, zənnimcə səkkiz nəfərdir. Polisə qarşı zorakılıq törətmək, bu, inanılmazdır. Bu insanların kim olduğu, hansı məqsədlə və nə vaxtdan Gürcüstanda olduqları müəyyən edilməlidir. Hər şeyə aydınlıq gətiriləcək və hər şeyə müvafiq cavab veriləcək. Həmçinin, parlamentə daxil olan və binanı yandırmağa çalışan Britaniya vətəndaşı. Hər şeyə cavablar veriləcək” – deyə Kaladze bildirib.
Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında Rusiya vətəndaşlarının, parlamentə daxil olan Britaniya vətəndaşının saxlandığını açıqlayıb: "Ola bilsin zorakı qrupları təşkil edən əcnəbi təlimatçılarla qarşı-qarşıyayıq”.
TAHİR