AZ

"Sona qədər döyüşəcəyik" -Samir Abasov

Misli Premyer Liqasının 15-ci turunun son oyununda evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Samir Abbasov yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, o, görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb: 

“Oyunçuların potensialından danışmaq istəmirəm. Çünki işimizin hələ başlanğıcındayıq. Futbolçularımın potensialının bir oyunla, sırf bugünkü matçla necə olduğunu demək istəmirəm. Komandam yaxşıya doğru gedir. Məğlubiyyət üzücüdür. Çünki atmosfer kifayət qədər yaxşıdır.

Bu gün əsas olan komandadır. Futbolçuların faydalı iş əmsalını bölmək istəmirəm. Oyunçular haqda tək-tək ümumiyyətlə, danışmaq istəmirəm.

Həddindən artıq istəkli idik. Ancaq son nöqtəni qoya bilmədik. Biz də əks-hücumlara çıxırdıq. İlk hissədən sonra komandama dedim ki, həlledici anda daha dəqiq olmalıyıq.

Avrokuboklara getmək üçün kubokda da şansımız var. Amma bu o demək deyil ki, çempionatı elə-belə keçirəcəyik. Burada da sona qədər döyüşəcəyik.

“Neftçi” özü həmişə ab-hava yaradır. İnanıram ki, bugünkü atmosfer “Sumqayıt”la səfər matçında da yaşanacaq.

Nə edirsən et, hazırkı oyunçulardan heyət formalaşdırmalıyıq. 22-23 futbolçunun arasından 11 oyunçu hazırlayıb meydana çıxaracağıq. Bu gün soyuqqanlı şəkildə bunu təhlil etməliyik. Kimisə, hansısa oyunçunu kəsib atmaq, komandadan uzaqlaşdırmaq kimi bir planımız yoxdur.

Bu hesabdan sonra əsla belə düşünmürəm. Mənim komandan bu gün tam başqa bir ab-havada meydana çıxmışdı. Biz bu gün “Qarabağ”la qarşılaşırdıq. Buna görə oyun qurmuşduq. Oyunçularımda inam yaranan vaxt buraxdığımız qol nə qədər desək də, onlara psixolji təsir göstərdi.

Hansı mövqelərə oyunçu transferini öz aramızda müzakirə edirik. Hansı tipdə futbolçular gətirəcəyimiz haqa danışıqlar aparırıq. Bunu nə dərəcədə bacaracağımızı artıq zaman göstərəcək”.

Seçilən
27
50
fanat.az

10Mənbələr