AZ

Medvedev: Gürcüstan “Ukrayna yolu ilə” qaranlıq uçuruma doğru gedir

Gürcüstanda baş verən hadisələr bu ölkəni yenidən toqquşma uçurumuna sürükləyə bilər.

“Yeni Gundem” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Ukrayna yolu ilə qaranlıq uçuruma doğru irəliləyir.

“Gürcüstanda növbəti “rəngli (qızılgül”, “narıncı” və s.) inqilab cəhdi var, bəziləri küçədə qışqırır, hər şeyi məhv edir, od vurur”.

Medvedev bildirib ki, Gürcüstanı yenidən vətəndaş toqquşmalarının uçurumuna salmaq, onları Avropa İttifaqı arasında seçim etməyə məcbur etmək üçün bütün ilkin şərtlər mövcuddur.

Seçilən
0
1
yenigundem.az

2Mənbələr