AZ

Tbilisidə polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb

Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.

APA “Interpress” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.

Seçilən
18
6
apa.az

9Mənbələr