Misli Premyer Liqasının XV turunda "Neftçi" 0:3 hesabla "Qarabağ"a məğlub oldu.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov məğlubiyyəti şərh etdi:
"Bugünkü oyunda çox istəkli idik. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik və bu da sırf psixoloji durumla əlaqədardır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik. Futbolçuları bir oyunla qiymətləndirmək istəmirəm. Görüləcək işimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan "Neftçi"nin hədəfləridir. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Bura gəlməmişdən əvvəl koamdandada ruh düşkünlüyü önə çıxırdı. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücü oldu, ümid çox idi. Atmosfer də azarkeşlərimiz sayəsində yaxşı idi. Sağolsunlar".