Bakı. Trend:
"Formula-1" üzrə dünya çempionatının növbəti mərhələsi QətərQran-prisi ilə davam edib.
Trend-inməlumatına görə, Lusail avtodromunda keçirilən yarışda "Red Bull"komandasının pilotu Maks Ferstappen qalib gəlib.
Ötən Qran-pridə dördüncü dünya çempionluğunu təmin edənniderlandlı sürücü, 57 dövrəlik mübarizədə rəqiblərini qabaqlayaraqbirinci yeri tutub. Ferstappen yarışı "Ferrari"dən Şarl Lekler və"McLaren"dən Oskar Piastrinin önündə başa vurub.