A Seriyasının 14-cü turunda "Fiorentina" və "İnter"in matçı meydan sahiblərinin futbolçusu Edoardo Bovenin huşunu itirməsi səbəbindən dayandırılıb.
hakimiyyet.az xəbər verir ki, 16-cı dəqiqədə "Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove yerə yıxılıb, bundan sonra hər iki komandanın həkim briqadaları meydana çıxıb və futbolçuya tibbi yardım göstərməyə başlayıblar. Daha sonra Bove xərəkdə təcili yardım maşınına aparılıb, hakim isə futbolçuları meydançadan kənarlaşdırıb.
Nəticədə, oyun təxirə salınıb.
"Sky Sport Italia"nın məlumatına görə, yaxın günlərdə matçın yeni tarixi açıqlayacaq.