"Liverpul"un hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağına yenidən eyham vurub.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" misirli futbolçunun dediklərini belə çatdırıb.
"Bu xüsusi bir şeydir. Mən bunu təbii qəbul etmirəm, burada hər dəqiqədən həzz alıram. Enfilddə qol vurmaq və oyunlarda qalib gəlmək həmişə xüsusi hissdir. Bu, yəqin ki, “Liverpul”da “Mançester Siti”yə qarşı [Enfilddə] son oyunumdur və mən sadəcə bundan həzz almaq istəyirdim. İnanılmaz atmosfer. Ümid edirəm ki, çempion olacağıq və bundan sonra nə olacağını görəcəyik”
Misirlinin müqaviləsi 2025-ci ilin ortalarında başa çatır. Tərəflər yeni müqavilənin şərtləri ilə bağlı hələlik razılığa gəlməyiblər. Bazar günü Salah bir qol və bir ötürmə ilə "Liverpul"a "Mançester Siti" üzərində 2-0 qalib gəlməyə kömək edib.