"Lusail" beynəlxalq avtodromunda keçirilən "Formula-1" Qətər Qran Prisinin qalibləri bəlli oldu.
hakimiyyet.az xəbər verir ki, bu barədə championat.com məlumat verib.
Qran Prinin qalibi dördqat "Formula-1" dünya çempionu, "Red Bull"pilotu Maks Ferstappen olub. "Ferrari" komandasından Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"in təmsilçisi Oskar Piastri tamamlayıb.
"Kik-Zauber" komandası səkkizinci yeri tutan Quanyuy Çjounun səyləri sayəsində mövsümün ilk xallarını qazanıb.