AZ

Fırtına Hindistanın cənub-şərq sahillərinə çatıb

“Fengal” fırtına siklonu Hindistanın cənub-şərq sahillərinə çataraq bir sıra şəhər və rayonlarda daşqınlara səbəb olub.

“EDnews” xəbər verir ki, bu barədə Hindistan höküməti və adıçəkilən ölkənin meteoroloji xidməti məlumat yayıb.

Meteoroloqların məlumatına görə, güclü küləklə müşayiət olunan şiddətli yağışlar cənubi Hindistanın Tamilnad ştatının şimal hissəsinin bir neçə rayonuna və Pondiçerri ittifaq ərazisinə təsir göstərib. Çennaydakı (Tamilnad ştatının paytaxtı) Regional Meteorologiya Mərkəzi şənbə günü səkkiz rayon üçün qırmızı xəbərdarlığı saxlayıb.

Məlumata görə, Çennay hava limanı uçuş-enmə zolaqlarının ciddi şəkildə su basması da daxil olmaqla əlverişsiz hava şəraiti səbəbindən dekabrın 1-i saat 04:00-dək (Bakı vaxtı ilə 02:30) fəaliyyətini dayandırdığını elan edib. Nəticədə həm daxili, həm də beynəlxalq olmaqla təxminən 55 reys ləğv edilib, daha 19 reys isə digər hava limanlarına yönəldirilib.

“Sərnişinlərə öz reysləri barədə məlumatı aviaşirkətlərdən dəqiqləşdirməyi tövsiyə edirik”, – hava limanının “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

İqtidar bütün çimərlikləri bağlayıb, qatar hərəkəti dayandırılıb. Təbii fəlakətin əsas zərbəsi növbəti saatlarda gözlənilir.

Seçilən
25
10
ednews.net

10Mənbələr