Türkiyənin hər cür dəsətk verdiyi Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-yə qarşı mühüm zərbə vurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, SMO ABŞ-ın himayə elədiyi PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel Rıfat və onun mərkəzinə daxil olub.
Məlumata görə, hazırda SMO qüvvələri inamla irəliləyir: "Tel Rıfatda yuvalanann PKK/YPG terrorçuları az əvvəl şəhərin qərbindəki Deyr Camal qəsəbəsindən də təmizlənib. Bundan sonra Tel Rıfatın şərqindəki Hırbil kəndini də PKK/YPG döyüşçülərindən azad edən Türkiyə dəstəkli qüvvələr şəhərin ətraf kənd və qəsəbələrini YPG-lilərdən təmizləyir".
Az əvvəl yayılan məlumata görə, SMO döyüşçüləri Tel Rıfatın Şevergaelrız, Tennep, Malikiyye, Keffin, Kefernaya, Miskan, El-Juz, Tatmıraş, Tel İneb, Mezeret Hamad, Zoyan, Maranaz, Algamiyye, Burcelgas, Minnığ, Telaccaz, Kutalems, , Ayn Dakne , Deyr Cemal və Zukkebir kəndləri, Kuveyris, Şeale, Radar Şeale, Neyrəbiyye kəndlərini, o cümlədən Zuyan təpəsiniə PKK/YPG qüvvələrindən azad edib.
Onu da qeyd edək ki, Suriya Milli Ordusu bu gün “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Minniq hava limanını da ələ keçirib: "Bununla yanaşı, SMO hərbi təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi Küveyr Hərbi Hava Limanını da tutaraq, PKK/YPG-nin Tel Rifat-Mənbic xəttini kəsib...".
Firudin Səfərli
MİA.AZ