AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısında məhsuldar çalışın. Əməyiniz bəhrəsini verəcək. Gəlir əldə etmək üçün inadkar və qətiyyətli olmalısınız. Tələbələr, şagirdlər, mühəndislər, kommersantlar, memarlar üçün yaxşı gündür.

Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Lakin saatlar keçdikcə ekstravaqanat, qeyri-adi qərarlar qəbul edəcək situasiyalar yaşanacaq. Qərarlarınız və fəaliyyətiniz dəqiq bəlirlənmiş istiqamətdə olmalıdır. Belədə özünüzlə bahəm, ətrafınızdakı insanlar da gəlir əldə edəcəklər.

Əkizlər - səhər saatlarından etibarən mühüm görüşə can atmayın. Önəmli danışıqlar və ya müzakirələr üçün əlverişli zaman deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı peşəkar səviyyədə nümayiş edin.

Xərçəng - rutin işlər sizi bezdirə bilər. Narahat olmayın, saatlar keçdikcə situasiya dəyişəcək. Sizi sürpriz gözləyir. Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Mühüm qərarların qəbulunu ertələyin.

Şir - günün ilk yarısında sakit və rəvan vəziyyət saatlar keçdikcə gərginləşəcək. Situasiyadan asılı olaraq sürətli, təcili qərarlar qəbul etməli olacaqsınız. Qayğılar və problemlər nəticəsində başağrısı, güclü yorğunluq hissi yarana bilər.

Qız - ünsiyyət, problemlərin müzakirəsi, informasiya mübadiləsi və məlumatların nəzərdən keçirilməsi üçün pis zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri bilavasitə peşəkar fəaliyyətinizlə bağlı olmayan məsələyə görə sizdən yardım istəyəcək.

Tərəzi - heç bir plan və ya niyyət qəfil dəiyşikliklərdən sığortalanmayıb. Əndişəyə qapılmayın. Saatlar keçdikcə problemləri həll edə bilərsiniz.

Əqrəb - yaxın ətrafınızdakı insanların mövqelərini və fikirlərini nəzərə alın. Tənqidə həddən artıq sərt reaksiya verməyin. Hamıdan yaxşı, superpeşəkar və meqaağıllı olduğunuzu əsla düşünməyin. Kimin əsl dost, kimin də maskalanmış bədxah olduğunu müəyyənləşdirmək üçün yaxşı gündür.

Oxatan - yeni biliklər və fərqli məlumatlar əldə etməyə çalışın. Ünsiyyətdə səmimi olun. Həmsöhbətinizin dediklərini diqqətlə dinləyin. Təcili olaraq harasa yollanmaq zərurəti yarana bilər.

Oğlaq - yeni məlumatlar əldə edin, mövcud informasiyaları yeniləyin. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda olun. Yazışma, sənədləşdirmə üçün əlverişli zamandır.

Dolça - ünsiyyət sizi sevindirəcək. Mübahisə etməyin. Sizə nəyisə sübüt etməyə çalışan insanla aqressiv davranmayın. Soyuqqanlı olun, diplomatikcəsinə davranın. Yaxın ətrafınızda dedi-qodulara, şayiələrə ifrat meylli insan var.

Balıqlar - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Başqalarına çox mürəkkəb təsir bağışlayan bəzi işləri uğurla başa vura bilərsiniz. Müşkül məsələlərin həlli heç bir çətinlik yaratmayacaq.

Milli.Az

Seçilən
26
mia.az

1Mənbələr