AZ

"KXDR Rusiyaya şəhərləri dağıdan raket qurğuları verib" - "Forbes"

"Bu qurğular Ukraynanın silahlanmasında olan bütün artilleriya sistemlərindən üstündür..."
 
Rusiya Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi zamanı ən azı 400 yaylım atəşli reaktiv sistemini itirib, Kremlin çoxsaylı köhnə buraxılış qurğularını yenidən işə salmasına rəğmən, döyüş meydanında itkiləri bərpa etmək və yeni bölmələri təchiz etmək üçün onların sayı yetərli deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Nəşrin analitiki Devid Aksın yazdığına görə, ona görə də Rusiya Şimali Koreyadan yaylım atəşli reaktiv sistemlər
əldə etməyə bel bağlayır.
 
Ukraynanın Dezinformasiyaya Müqavimət Mərkəzi rəhbərinin məlumatına görə, KXDR Rusiyaya 100 artilleriya sistemi verib, onların arasında özüyeriyən M1989 haubitsalar və M1991 raket qurğuları, habelə milyonlarla artilleriya mərmiləri və onlarla 7500 funtluq KN-23 ballistik raketlər verib.
 
M1989 haubitsaları hər birinin çəkisi 45 kq olan ən azı 40 km məsafəyə 170 mm-lik mərmilərlə atəş açır. Lakin M1991 artilleriya imkanlarına yeni güclü əlavədir, Aks yazıb.
 
"Çəkisi 85 kq olan 37 mil (60 km) məsafəyə 240 mm-lik raketlərlə atəş açmaqla M1991 raket qurğuları, demək olar ki, Ukraynanın silahlanmasında olan bütün artilleriya sistemlərindən üstündür. Amerikanın Ukrayna istehsalı olan yüksək mobilli artilleriya raket sistemləri istisnadır".
 
Şimali Koreya bu qurğuları Cənubi Koreya ilə sərhəd boyunca yerləşdirir. Onlar sərhəddən 37 mil aralıda yerləşən Seul şəhərini atəşə tutmaq iqtidarındadır. Bu zaman Vaşinqton Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fikrincə, M1991 qurğuları "Şimali Koreyanın Seul və Cənubi Koreyanı təhlükəyə məruz qoyduğu əsas vasitədir".
 
Bu zaman Rusiyanın silahlanmasında belə buraxılış qurğuları Ukrayna səngərlərini məhv edə və Ukraynanın özünün haubitsaları və buraxılış qurğularına cavab atəşi aça bilər.
 
Bundan başqa, Aks qeyd edir ki, onlar Rusiya-Ukrayna sərhəddindən 25 mil aralıda yerləşən Xarkov daxil olmaqla cəbhəyanı şəhərlərı dağıda bilər.
 
KXDR Rusiyaya artilleriya tədarük edir
 
Bundan öncə bəlli olub ki, Şimali Koreya Rusiyaya 50 özüyeriyən artilleriya qurğusu və 20 modernləşdirilmiş yaylım atəşli reaktiv sistemlər göndərib. Söhbət əvvəllər Krasnoyarsk şəhərində gözə dəyən 170 mm-lik M-1989 "Koksan" qurğusundan gedir.
 
Eyni zamanda, bu qurğular üçün döyüş sursatlarını təkcə KXDR sənayesi istehsal etmir. Rusiyanın özündə əksəriyyət çaplı qurğular üçün döyüş sursatları istehsalı nizama salınıb, lakin M1989 üçün bu, mümkün deyil. Ona görə də onlardan birbaşa istifadə edilməsi Pxenyandan asılıdır.
Seçilən
52
moderator.az

1Mənbələr