AZ

Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib


18:38

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

NUH.az  APA-ya istinadən bildirir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

 

18:10

Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.

Yenisabah.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.


Seçilən
18
nuh.az

1Mənbələr