AZ

Suriyada müxaliflər hava limanını ələ keçirib

Bakı. Trend:

Suriyada müxalif qüvvələr, İdlib və Hələb bölgələrini keçərəkHəmaya doğru irəliləyirlər.

Trend-inməlumatına görə, "Haber Global" bu barədə xəbər yayıb. MüxalifSuriya Milli Ordusu (SMO) PKK/YPG-nin Təl-Rifat-Mənbic dəhlizinibağlamaq məqsədilə "Azadlıq Şəfəqi" əməliyyatını həyata keçirir.SMO əsgərləri Təl-Rifat şəhərinə daxil olaraq nəzarəti ələkeçiriblər. Əlavə olaraq, strateji əhəmiyyətə malik olan Menağ HavaLimanı da müxaliflərin nəzarətinə keçib. Bu hadisələr bölgədə gücbalansını müxalifətin xeyrinə dəyişir.

Digər tərəfdən, Rusiya döyüş təyyarələri Hələb və İdlibibombardman edərək silahlıların irəliləyişini dayandırmağaçalışırlar. 2020-ci ildə hökumət qüvvələrinin hücumlarından sonramüxalifət qüvvələri Həmanın şimalındakı ərazilərdən geriçəkilmişdi. İndi isə Astana razılaşması çərçivəsində bu torpaqlaranəzarəti geri alırlar.

Seçilən
38
1
az.trend.az

1Mənbələr