AZ

A Seriyası: “Yuventus” xal itirdi, “Latsio” uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

Lakin onlardan biri başa çatmayıb. Belə ki, “Fiorentina” – “İnter” matçı meydan sahiblərinin oyunçusu Edoardo Bovenin səhhətinin qəfil pisləşməsi səbəbindən yarıda qalıb. Futbolçuya meydanda ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal xəstəxanaya aparılıb. Digər futbolçular bu hadisəyə görə pis olduğu üçün hakim oyunu davam etdirməyib. Qarşılaşmanın aqibəti ilə bağlı daha sonra qərar veriləcək.

Baş tutan oyunlara gəlincə, “Udineze” evdə “Cenoa”ya, “Torino” isə lider “Napoli”yə uduzub. “Parma” “Latsio”nu məğlub yola salıb. “Leççe”nin qonağı olan “Yuventus” da turu xal itkisi ilə başa vurub.

14-cü tura dekabrın 2-də yekun vurulacaq.

İtaliya, A Seriyası
14-cü tur
29 noyabr

Kalyari – Verona 1:0
Qol: Pikkoli, 75.

30 noyabr

Komo – Montsa 1:1
Qollar: Engelhardt, 36 – Kaprari, 54-pen.

Milan – Empoli 3:0
Qollar: Morata, 19. Reynders, 44; 69.

Bolonya – Venesiya 3:0
Qollar: Ndoye, 21-pen; 71. Orsolini, 69-pen.

1 dekabr

Udineze – Cenoa 0:2
Qollar: Pinamonti, 13. Canetti, 67-öz qapısına.

Parma – Latsio 3:1
Qollar: Man, 6. Hac Mohamed, 53. Del Prato, 90+1 – Kastelyanos, 80.

Torino – Napoli 0:1
Qol: Maktominey, 31.

Leççe – Yuventus 1:1
Qollar: Rebiç, 90+3 – Kambyazo, 68.

Fiorentina – İnter oyunu yarıda qalıb

2 dekabr

23:45. Roma – Atalanta

Seçilən
89
2
arena.az

3Mənbələr