AZ

İtaliya A Seriyası: "Napoli"dən qələbə, "Yuventus" xal itirdi

İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün 5 görüş reallaşmalı olsa da, onlardan biri başa çatmayıb.

“Fiorentina” – “İnter” matçı meydan sahiblərinin oyunçusu Edoardo Bovenin səhhətinin qəfil pisləşməsi səbəbindən yarıda qalıb. Futbolçuya meydanda ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal xəstəxanaya aparılıb. Hakim oyunu davam etdirməyib. Qarşılaşmanın qalan hissəsinin nə vaxt oynanılacağı indilik bilinmir.

“Udineze” evdə “Cenoa”ya, “Torino” isə “Napoli”yə uduzub. “Parma” “Latsio”nu məğlub yola salıb. “Leççe”nin qonağı olan “Yuventus” xal itirib.

İtaliya A Seriyası
14-cü tur
29 noyabr

Kalyari Verona 1:0
Qol: Pikkoli, 75.

30 noyabr

Komo – Montsa 1:1
Qollar
: Engelhardt, 36 – Kaprari, 54-pen.

Milan – Empoli 3:0
Qollar
: Morata, 19. Reynders, 44; 69.

Bolonya – Venesiya 3:0
Qollar
: Ndoye, 21-pen; 71. Orsolini, 69-pen.

1 dekabr

Udineze Cenoa 0:2
Qollar: Pinamonti, 13. Canetti, 67-öz qapısına.

Parma Latsio 3:1
Qollar: Man, 6. Hac Mohamed, 53. Del Prato, 90+1 – Kastelyanos, 80.

Torino Napoli 0:1
Qol: Maktominey, 31.

Leççe Yuventus 1:1
Qollar: Rebiç, 90+3 – Kambyazo, 68.

Fiorentina İnter oyunu yarımçıq dayandırılıb

2 dekabr

23:45. Roma – Atalanta

 

Seçilən
10
2
fanat.az

3Mənbələr