AZ

Venesuela prezidenti ənənəvi dəyərləri müdafiə edib

Venesuela prezidenti Nikolas Maduro ənənəvi dəyərləri və milli mədəniyyəti müdafiə edib.

“Far.Az” xəbər verir ki, bu barədə Maduro prezident sarayının yaxınlığında minlərlə insanın iştirak etdiyi mitinqdə deyib.

“Ailə dəyərlərini məhv etmək istəyən imperiya və ifrat sağçıların mənəvi və mədəni tənəzzülünə qarşı ən yaxşı peyvənd mədəniyyətimizi və ənənəvi dəyərlərimizi qorumaq və saxlmaqdır”.

Prezident əlavə edib ki, imperiya və faşizm mədəni-mənəvi dəyərləri ləğv etməyə, ailə anlayışını sıradan çıxarmağa çalışır: “Biz deyirik: “Milad və həyata bəli””.

Seçilən
41
far.az

1Mənbələr