AZ

Co Bayden oğlu Hanteri iki cinayət işi üzrə əfv edib

ABŞ prezidenti Co Bayden oğlu Hanteri əfv etmək qərarını açıqlayıb...

Poliqon xəbər verir ki, Amerika prezidentinin bəyanatını Ağ Evin mətbuat xidməti yayıb. Əfv həm Hanter Baydenin mümkün məhkumluğunu, həm də potensial günahının etirafını əhatə edəcək. Əvvəllər Amerika dövlətinin başçısı dəfələrlə belə bir ehtimalı istisna etmişdi.

Kiçik Bayden silahdaşıma pozuntusu və vergidən yayınma hallarından əfv edilib. Birinci iş üzrə hökm dekabrın 12-də, ikinci iş üzrə isə dekabrın 16-da gözlənilirdi.

Co Bayden, bu işdə ABŞ Ədliyyə Nazirliyinin işinə təsir etməyəcəyinə dair vədinə əməl etdiyini, həmçinin amerikalıların “ata və prezidentin niyə belə bir addım atdığını anlayacaqlarına” ümid etdiyini bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, oğluna qarşı irəli sürülən ittihamlar siyasi motivlidir. AB. prezidenti bu cinayət işlərini onu “sındırmaq" cəhdləri kimi təsvir edib.

Co Bayden əlavə edib ki, oğlunu əfv etmək qərarını çox düşündükdən sonra verib və bunun təkcə qohumluq əlaqələri deyil, həm də məhkəmənin ədalətsiz olduğuna inanması müəyyən edilib.

“Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb”, deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, sentyabr ayında Hanter Bayden doqquz vergi cinayətinin hamısında günahını etiraf etdi. Amerika mediası yazıb ki, milli qanunvericiliyə uyğun olaraq, iş üzrə müttəhimə qarşı irəli sürülən ittihamlar 17 ilə qədər həbs cəzası nəzərdə tutur.

Poliqon.info

Seçilən
16
2
poliqon.info

3Mənbələr