Hər il olduğu kimi, bu il də 1 dekabr - QİÇS-lə Mübarizə Günü münasibətilə Qərb Resurs İctimai Birliyi Qərb regionunda maarifləndirici aksiya həyata keçirib. Aksiya çərçivəsində vətəndaşlara İnsan İmmunçatışmazlığı Virusu (İİV) haqqında məlumatlar təqdim olunub.
QHT.az xəbər verir ki, tədbir zamanı iştirakçılara İİV testləri üçün könüllü müayinə mərkəzlərinin yerləri barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb. Aksiyanın əsas məqsədi İİV/QİÇS barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstəliyin yayılmasının qarşısını almaq və vaxtında diaqnozun qoyulmasının vacibliyini vurğulamaq olub.