AZ

Cəbrayıl sakini: Daha yaxşı günlər bizi gözləyir

“30 ildən sonra il dəfə olaraq öz doğma torpağımıza gedirik. Özü də hər bir şəraitlə təmin olunmuş evlərə gedirik. Həmişə baxıb həsəd aparırdım. Arzu edirdim ki, mən bax elə öz yurduma qayıdım. Arzularım çin oldu. Çox sevincliyəm”.

“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Mahirə Niftəliyeva deyib.

O, həmçinin daha yaxşı günlərin gələcəyinə ümidvarlığını, ona bu günü yaşadan səbəbkarlara minnətdarlığını ifadə edib. “Təəssüflənirəm ki, bu illər ərzində itkilərimiz də oldu. Həyat yoldaşımı itirdim. Ancaq şükürlər olsun, bu gün ailəmlə - övladlarım, nəvələrimlə qayıda bilirəm. Daha yaxşı günlər bizi gözləyir. Bu günləri bizə yaşadanlar var olsunlar”, - deyə Cəbrayıl sakini qeyd edib.

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 35 ailə - 133 nəfər doğma yurduna köçürülüb.

Seçilən
33
2
ikisahil.az

3Mənbələr