AZ

İCRA BAŞÇISININ QARDAŞI AŞAĞI VƏZİFƏYƏ KEÇİRİLİB - Xidmətdə növbəti dəyişiklik

Şirvanın icra başçısı İlqar Abbasovun İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində (Keçmiş "Azərsu" ASX) anbardardan tutmuş, müxtəlif vəzifələrlə qədər çalışmış doğma qardaşı İmran Abbasov aşağı vəzifəyə göndərilib.

Bu məlumat Mia.az-a Su Ehtiyyatları Agentliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib.

Məlumata görə, bu məsələdə ona çox yaxın dəstəyi DYP-dəki keçmiş rəis yoldaşı (son olaraq Nizami DYP-nin rəisi -Mia.az), əslən cəbrayıllı Rafiq İlyasov verib: "Rafiq İlyasov "Azərsu"da departament rəisi təyin olunduqdan qısa zaman sonra keçmiş paqon yoldaşını yanına gətirib. İmran Abbasov məhz onun sayəsində "Azərsu" sistemində çox qısa zamanda güc sahibinə çevrilib. O, Qorxmaz Hüseynov və ondan sonakı rəhbərli dövründə istədiyi idarəni yoxlayır, istədiyi şəxs haqqında qərar verirdi.

Qorxmaz Hüseynov vəzifədən azad olunduqdan sonra isə bu qrupun mövqeləri sarsıldı. Rafiq İlyasov Q.Hüseynovun xalası oğlu ilə "Hidroinşaat"a keçərək, biznesmenə çevriliblər. İmran Abbasova isə bu dəfə orada yer tapılmayıb...".

Məlumata görə, İ.Abbasov bir neçə ay əvvəl rəisi vəzifədən xaric olunan, Baş mühəndisi isə həbs olunan Suraxanı rayon Sukanal İdarəsinə rəisi müavini təyin edilib: "O, hazırda bu vəzifədə işləyir...".

Samir Musayev

MİA.AZ

Seçilən
38
3
mia.az

4Mənbələr