Tbilisidə etirazçılar Rustaveli prospektini tərk ediblər.
Onların bəziləri Rustaveli metrostansiyasının ərazisinə gedib, bəziləri evlərinə gedib. Vəziyyətə polis və xüsusi təyinatlılar nəzarət edir.
Gürcüstanda hakimiyyətin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını gündəmdən çıxarmaq qərarına qarşı etirazlar dördüncü gündür davam edib.