Baltikyanı ölkələr Gürcüstanda etiraz aksiyalarının yatırılmasının təşkilatçılarına qarşı şəxsi sanksiyalar tətbiq etmək niyyətindədir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib. “Üç Baltikyanı ölkə Sakartveloda (Vilnüs 2018-ci ildən Gürcüstan üçün bu addan rəsmən istifadə edir - red.) ədalətli etirazları yatıran şəxslərə qarşı milli sanksiyalar tətbiq etməyə razılaşıb" - deyə Landsberqis qeyd edib.XİN rəhbəri vurğulayıb ki, demokratiya əleyhdarları və insan haqlarını pozanlar Baltikyanı ölkələrdə "gözlənilmir". Xarici İşlər Nazirliyindən bildirilib ki, söhbət Gürcüstan Daxili İşlər Nazirliyinin onlarla yüksək vəzifəli məmurundan gedir.Litva prezidenti Gitanas Nauseda isə bildirib ki, Gürcüstanda keçirilən parlament seçkiləri tam azad və ədalətli olmayıb: "Buna görə də nəticələrə təsir edə biləcək pozuntular, seçicilərə təzyiq və hədə-qorxu ilə bağlı müstəqil beynəlxalq araşdırma aparmaq lazımdır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta