AZ

Putin 33 türk əsgərini öldürən Çaykonu yenidən Suriyaya göndərdi

Müxalifətin Əsəd rejiminə qarşı uğurlu hücumlarından sonra Rusiyanın Suriyadakı qüvvələrinin komandanı, general-leytenant Sergey Kiseli vəzifəsindən uzaqlaşdıran Putin onun yerinə general Aleksandr Çaykonu təyin edib.

Publika.az
xəbər verir ki, general Çayko 2017-ci ildən 2020-ci ilə qədər Rusiyanın Suriyadakı qüvvələrinin komandanı olub.

Çayko Türkiyə ordusunun 33 əsgərinin öldürülməsində əsas məsuliyyətli şəxsdir. 2020-ci ilin 27 fevralında Rusiya qüvvələrinin İdlibin Balyun şəhərinə 33 türk əsgərinin şəhid olması ilə nəticələnən hava hücumuna məhz bu generalın rəhbərlik etdiyi haqda məlumatlar var.

Ukrayna cəbhəsində döyüşən Çaykonun yenidən Suriyaya göndərilməsi Rusiyanın bu ölkədəki mövqelərinin ciddi zərbə almasından xəbər verir.

Asif


Seçilən
20
1
publika.az

2Mənbələr