İngiltərə Premyer Liqasının (İPL) 13-cü turunda qonaq qismində "Livepul"a uduzan (0:2) "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının performansını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Təcrübəli çalışırdıcı bunları söyləyib:

"İlk 15-20 dəqiqədə onları saxlamaq mümkün deyildi. Oyuna çox güclü başladılar. Biz matça nəzarət etməyə, ötürmələrlə oynamağa çalışsaq da, bunu reallaşdırmaq çətin idi. Onlar ilk qolu haqq edirdilər. "Liverpul"un hər iki cərimə meydançasında nə dərəcədə güclü olduğunu bilirəm. Onları təbrik edirəm. Biz isə sıfırdan başlayacağıq. Buna inanmaq çətin olsa belə".