AZ

Türkiyədə son iki həftədə yüzdən çox qeyri-qanuni miqrant saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə son iki həftədə qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-33” əməliyyatı zamanı 115 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatla bağlı açıqlamasını sosial media hesabından yayımlayıb.

Yerlikaya bildirib ki,əməliyyatlar zamanı 115 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Tutulanlardan 49-u həbs edilib, 15-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb, digərlərinin barəsində isə proses davam etdirilir.

Türkiyə Respublika Baş Prokurorluğu, İmmiqrasiya İdarəsi Müdirliyi və Jandarma Baş Komandanlığının koordinasiyasında, Mühacir Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə İdarəsi; İl Jandarma Komandirliyi tərəfindən həyata keçirilən əməliyyatlar zamanı sənədsiz tapança və 78 nəqliyyat vasitəsi ələ keçirilib.

Yerlikaya əlavə edib ki,“Biz qeyri-qanuni miqrasiya və immiqrant qaçaqmalçılığı təşkilatçılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirməyə davam edirik”, - deyə vurğulayıb.

Seçilən
14
turkic.world

1Mənbələr