Sentyabrın sonunda İsrailin “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra 562 minə yaxın insan Livandan Suriyaya keçib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Bildirilib ki, onların 37%-i livanlılar, 63%-i suriyalılardır.
Sənəddə həmçinin İraqa 41 442 livanlının köçdüyü bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”