“Daxili siyasi mübarizələr beynəlxalq müstəvidə ABŞ-yə qarşı təzyiq yarada bilər”.
Yenicag.az xəbər verir ki, bunu beynəlxalq analitik Tom Fridman daxili siyasi mübarizələrin və sosial gərginliklərin ABŞ-nin dünya siyasətinə olan təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-dəki qeyri-sabitlik ölkənin beynəlxalq mövqeyinə ciddi təsir göstərir.
“ABŞ-də daxili mübarizələr və sosial qeyri-sabitlik təkcə ölkə daxilində deyil, həm də beynəlxalq siyasətdə böyük dəyişikliklərə yol açır. Əgər daxili problemlər həll olunmazsa, ABŞ-nin qlobal liderlik rolu zəifləyəcək və dünya səhnəsində daha çox izolyasiya ediləcək. Eyni zamanda, daxili siyasi mübarizələr beynəlxalq müstəvidə ABŞ-yə qarşı təzyiq yarada bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli