“Suriya Prezidenti Bəşər Əsəd ölkədəki vəziyyətin pisləşməsi fonunda daxili və xarici siyasətdə güzəştə getmək istəmədiyi üçün özünü tələyə salıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.
“Ümidsizlik hissi rejimin öz rəqibləri ilə güzəştə getmək istəməməsi ilə daha da gücləndi, hətta himayədar Rusiya Əsədi siyasi proseslərdə iştirak sövq etməyə çalışsa da”, – nəşr qeyd edir.
Materialın müəllifləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri normallaşdırmaq üçün aparılan danışıqların uğursuzluğuna da diqqət çəkiblər. Terror qruplarının Hələbə hücumunun dolayısı ilə Ankaranın Dəməşqə təzyiq etmək istəyi ilə əlaqəli olduğu güman edilir.
Məlik,
KONKRET.az